Haqqımızda

Cruyffism Haqqında

Cruyffism ilə – Johan Cruyff'un irsinə və Total Futbol fəlsəfəsinə həsr olunmuş bloqumuzla tanış olun.

Cruyffism Haqqında

Cruyffism adını futbol tarixinə öz damğasını vurmuş Johan Cruyff'dan alan şəxsi bir futbol bloqudur. Bu bloq Cruyff'un futbol fəlsəfəsindən — sadəliyin dahiliyindən, azad düşüncənin gücündən və oyunun gözəlliyinə olan sonsuz sevgisindən ilhamlanaraq yaradılıb.

Burada yer alan yazılar bir futbolsevərin oyuna olan baxışını, analizlərini və şəxsi rəylərini əks etdirir. Məqsəd sadəcə nəticələrə fokuslanmaq deyil, meydandakı anlayışı, taktiki yanaşmaları və futbola ruh verən detalları dərk edib, oxucularla bölüşməkdir.

Cruyffism futbola təkcə bir oyun kimi deyil, düşüncə tərzi kimi yanaşan bir baxışın məhsuludur. Buradakı hər bir sətir oyunu daha dərindən anlamaq və bu anlayışı yazı dili ilə ifadə etmək istəyinin səmimi nəticəsidir.

cruyffism
Johan Cruyff

Johan Cruyff Haqqında

Johan Cruyff, yalnız bir futbolçu və ya məşqçi deyildi. O, futbolun öz dili, öz düşüncə tərzi olan bir sənət formasına çevrilə biləcəyini sübut edən bir vizioner idi. Meydanda hər toxunuşu ilə sanki oyunla dialoqa girər, sadəliyin içindəki dərinliyi göstərərdi. Onun üçün futbol sadəcə qol vurmaq yox, oyunu anlamaq və oyunun gözəlliyini paylaşmaq idi.

1970-ci illərin Ajax'ı və Niderland yığması ilə Cruyff, Total Futbol anlayışının canlı təcəssümünə çevrildi. O, sərhədləri olmayan bir oyunçu idi – hücumçu kimi başlayar, lazım gələrsə müdafiəyə qədər çəkilərdi. Hər mövqedə düşünə bilən, hər vəziyyətdə yarada bilən bir futbolçu idi. Məşqçilik dövrü də futbolçuluğndan geri qalmayan Cruyff həm Ajax, həm də Barcelona ilə uğurlara imza atmaqla yanaşı, bu klubların genetikasına da toxundu.

Cruyff'un sözləri oyunu izah etməklə kifayətlənməz, onu yenidən düşünməyə vadar edərdi: "Topa sahib olmadığın zaman, yalnız bir şey edə bilərsən – onu geri almaq". Bu cümlə onun fəlsəfəsinin nüvəsidir. Johan Cruyff'un həyatı futbolun necə oynanmalı olduğunu göstərən bir dərs idi – və bu dərs hələ də davam edir.

Cruyffism ideologiyasının bir parçası ol

Son məqalələrdən e-poçt vasitəsilə xəbərdar olun.

Məxfiliyinizi qoruyuruq. İstədiyiniz zaman abunəliyi ləğv edə bilərsiniz.