Total kontrol, Çempion İspaniya
Dünya Çempionatı başlamazdan əvvəl mənim üçün ilk və doğma olan 2010-cu il mundialından bəhs etdiyim bir bloq yazısı hazırlayıb, paylaşmışdım. Əslində izlədiyim digər çempionatlar haqqında da müvafiq yazılar hazırlamaq fikrində idim, lakin müəyyən çətinliklər səbəbindən bu fikrimi icra edə bilmədim. Yekunda isə 2026-ci il mundialının qalibi 2010-cu ildəkindən fərqlənmədi – İspaniya yığması 2-ci dəfə Dünya Kubokunun sahibi oldu. Bu yazımızda ispanların oyuna total kontrolundan, qısa pas əsaslı futbol mədəniyyətindən, praqmatik topa sahib olma üslubundan, həmçinin, topu geri qazanma sürətindən bəhs edəcəyik.

Futbol səhvlər oyunudur. Daha az səhv edən qazanır.— Johan Cruyff

26 İyul 2026
Dünya Çempionatı başlamazdan əvvəl mənim üçün ilk və doğma olan 2010-cu il mundialından bəhs etdiyim bir bloq yazısı hazırlayıb, paylaşmışdım. Əslində izlədiyim digər çempionatlar haqqında da müvafiq yazılar hazırlamaq fikrində idim, lakin müəyyən çətinliklər səbəbindən bu fikrimi icra edə bilmədim. Yekunda isə 2026-ci il mundialının qalibi 2010-cu ildəkindən fərqlənmədi – İspaniya yığması 2-ci dəfə Dünya Kubokunun sahibi oldu. Bu yazımızda ispanların oyuna total kontrolundan, qısa pas əsaslı futbol mədəniyyətindən, praqmatik topa sahib olma üslubundan, həmçinin, topu geri qazanma sürətindən bəhs edəcəyik.

3 İyul 2026
Ötən həftələrdən birində Gürcüstanda səyahətdə olarkən hər addımda Kvicha Kvaratskhelia’nın adına rast gəlirdim. Həm insanların əynindəki, həm də satışda olan formalarda, küçə subkulturasının ayrılmaz parçasına çevrilmiş qraffitilərdə, stikerlərdə və başqa yerlərdə... Ulduz futbolçu sanki sadəcə bir idmançı deyil, ölkəni ziyarət edənlərə xalq qəhrəmanı kimi təqdim olunurdu. Kvara’nın ailəsinin Azərbaycanla bağlantısı – atası Badri Kvaratskhelia’nın ölkəmizin klublarında çıxış etməsi, hətta milli komandamızı təmsil etməsi kimi detallar məndə “Bəs biz öz Kvara’larımızı necə yetişdirə bilərik?" sualını oyatdı.

6 İyun 2026
Xronoloji baxımdan 23-cü Dünya Çempionatının başlamasına azsaylı günlər qalır. Futbol ictimaiyyətinin festival atmosferinə büründüyü bu günlərdə mən də öz növbəmdə izlədiyim mundiallar haqqında fikirlərimi, xatirələrimi və hisslərimi bölüşəcəyim yazılar paylaşmaq qərarına gəldim. Bu başlıq altındakı ilk yazımda yaşım etibarilə izlədiyim ilk mundial olan 2010-cu il Dünya Çempionatından bəhs edəcəyəm. Cənubi Afrikada keçirilən turnir istər nostaljik, istərsə də məqalə ərzində qeyd edəcəyim bir çox səbəbdən ötrü mənim üçün olduqca özəldir, subyektiv baxımdan mundialların ən yaxşısıdır.